Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Səssiz Dünya”nın səsi ölkə xaricindən gəlir...

    Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və sədr müavini, blogger Mahmud Səfərovla görüşüb. Görüş zamanı eşitmə və danışma imkanları məhdud olan şəxslərin bu sahədə olan problemləri ətraflı şəkildə müzakirə olundu.

      Deputat Qənirə Paşayeva İctimai Birliyin məqsədlərindən olan eşitmə və danışma imkanları məhdud olan şəxslərin maariflənməsi, işarət dilinin təbliği, bölgələrdə yaşayan eşitmə məhdudiyyətli şəxslərin təhsilə cəlb olunması və idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etməklərinin təqdirə layiq addim olduğunu bildirərək bu sahədə görülən tədbirləri dəstəklədiyini və bu sahədə yaranan problemlərin həllində hər zaman İctimai Birliyə dəstək olacağını bildirdi.

    “Səssiz Dünya” İctimai Birliyinin təsisçisi Mahmud Səfərov xarici dövlətlərə dəvət alıb Azərbaycanı müxtəlif ölkələrdə təmsil edərək həmin ölkələrin dövlət qurumları tərəfindən təşəkkürnamələrlə təltif olunmasını bildirdi. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunmuş Beynəlxalq Karnavala dəvət almış Mahmud Səfərovun Azərbaycan Respublikasinda və BƏƏ-də eşitmə və danışma imkanlari məhdud olan insanlarla və həmin şəxsləri təmsil edən beynəlxalq qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaratmasından bəhs olundu.

      Eşitmə və danışma imkanları məhdud insanlara dəstək məqsədilə yaradılan təşkilatın bu günə qədər gördüyü işlərlə tanış olan deputat görülən işləri yüksək qiymətləndirdiyini bildirib və təşkilatın gələcək planları barədə ətraflı fikir mübadiləsi aparılıb. Eşitmə və danışma imkanları məhdud insanlarımızın cəmiyyətə inteqrasiyası istiqamətində işlər görülməsinin vacibliyini vurğulayan Qənirə Paşayeva ictimai birliyin sədri Aidə Səfərovaya, onun eşitmə imkanları məhdud qardaşı Mahmud Səfərova gələcək işlərində uğurlar arzulayıb.

 Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

8 Avqust 2020 10:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə