Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzun Əyyublu kəndində şəhidlərin xatirəsinə guşə hazırlanıb

Artıq 4 ildir ki, Aprel şəhidləri haqqında yazırıq, oxuyuruq, eşidirik, onların xatirəsini anırıq. Məlun qonşularımızın xəyanəti nəticəsində dilimizə yeni -- İyul şəhidləri ifadəsi daxil olmaqdadır. Tovuz Qarabağ savaşında yetərincə şəhid verən, amma bir qarış torpaq verməyən cəbhə rayonudur. Erməni təxribatı nəticəsində iyul ayındakı döyüşdə daha 12 şəhid həm uğrunda can verdikləri torpağa, həm də qəlbimizə köçdü.
Onlardan ölkənin müxtəlif bölgələrində doğulub böyüyən, amma söz Vətən olanda silaha sarılan, canı-qanı bahasına sərhədlərimizi qoruyan oğullarımız var. Tovuzun ən böyük kəndi olan Əyyubluda kənd ictimaiyyətinin və yerli İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhidlərimizin xatirəsi əbədiləşdirilib. Belə ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində son hücumlarının, son təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizin Əyyublu kəndində xatirə guşəsi yaradılıb. Bu barədə Milli Məclisin Mədəniyyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva Facebook səhifəsində paylaşım edib.

Tovuz döyüşlərində fədakarlıq və igidlik göstərmiş, vətən üçün canlarını fəda etmiş şəhidlərimizə böyük ehtiramı, sevgini göstərən bu guşələrin yaradılması eyni zamanda gənclərimizin torpağa sevgi vəvətənpərvərlik ruhunda böyüməsi üçün də önəmlidir.
Deputat fikirlərini “Əməyi keçənlərə təşəkkür edirəm. Nur içində yatsın qəhrəman  şəhidlərimiz”- deyə yazaraq kövrək duyğularla bitirib.

Hazırladı:
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

8 Avqust 2020 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə