Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Açıq məkanlarda maska taxmaq məcburi oldu

TASS-ın yaydığı məlumata görə, ­Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarı ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur.

Aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135 avro, 2-ci dəfə 1500 avro, 3-cü dəfə isə 6 ay həbs və ya 3,750 avro cərimə olunacaqlar.
Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

7 Avqust 2020 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə