Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Aralıq dənizinə 250 hərbi qulluqçu göndərib

Almaniya ordusunun döyüş gəmisi Birləşmiş Millətlər Təşkilatının Liviyaya tətbiq etdiyi silah embarqosuna nəzarət etmək üçün Avropa İttifaqının (Aİ) missiyası çərçivəsində Aralıq dənizinə yola düşüb.  Bu barədə“Euronews” agentliyi məlumat yayıb.

Xəbərdə sonra deylir ki, Vilhelmshaven liman şəhərindən yola düşən “Hamburq” freqatı 250 hərbi qulluqçu daşıyır. Aİ rəhbərliyi rəsmi Berlin bu ilin may ayından başlayaraq, Aralıq dənizində “İrini” missiyasına başlayıb. Məqsəd Liviyaya silah axınının, qeyri-qanuni neft ixracı və qaçaqmalçılığın qarşısını almaqdır. 
Xatırladaq ki, “İrini” missiyasının icrası prosesində Fransa və Almaniya xüsusi fəallıq göstərirlər. Liviyaya silah embarqosunu izləmək üçün bu ölkələrin peyk və təyyarələrindən də istifadə olunur.
Yeri gəlmişkən, son illər Aralıq dənizində bir sıra ölkələr arasında nüfuz mübarizəsi güclənir. Bir çox dövlətlər bölgədə Türkiyənin artan iqtisadi və hərbi gücündən narahatdırlar. Bu yaxınlarda Misir və Yunanıstan arasında Aralıq dənizi sularının demarkasiyası  üzrə saziş imzalanıb. Əsas niyyət Aralıq dənizi sularında Türkiyənin hərbi gəmilərinin sərbəst hərəkətinə maneçilik törətməkdir. 
Rəsmi Ankara, təbii ki, həmin sazişdən narazı qalıb və sənədin beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən “Anadolu” agentliyinə müsahibəsi zamanı ölkəsinin Misir və Yunanıstan arasındakı sazişi tanımadığını elan edib. Nazirin fikrincə, saziş, ilk növbədə Türkiyə və Liviyanın Aralıq dənizi sularındakı legitim hüquqlarını pozur. 
M.Çavuşoğlu həmçinin buldirib ki, Türkiyə hökuməti bundan sonra da Aralıq dənizində beynəlxalq hüquqa əsaslanaraq, sülh və əmin-amanlığın təmin olunması üçün əlindən gələni edəcək.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

7 2020 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə