Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada koronavirusun yayılma mexanizmi aydınlaşdırılıb

Yaponiya Milli İnfeksiya Xəstəlikləri İnstitutunun tədqiqatçıların qənaətinə görə may ayından sonra koronavirusun nəzarət altına alındığı güman edildiyi dövrdə də ölkədə bu virusun yayılması davam edib. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

 Mənbə qeyd edir ki, tədqiqatçıların bu barədə cari həftənin əvvəllərində koronavirusun genetik analizləri aparıldıqdan sonra məlum olub. Analizlər Yaponiyada virusa yoluxan insanlarda aparılıb. Alimlər bununla ölkədə koronavirusun yayılması mexanizmini aydınlaşdırmağa çalışıblar.
Bildirilir ki, analizlər nəticəsində Yaponiyada martda yayılan virusun özündə Avropa ştammını əks etdirdiyi məlum olub. Çinin Uhan şəhərində yaranan bu virus Yaponiyaya Avropadan gəlib. Həmin ştammlı virusun əmələ gətirdiyi yoluxma mayda sönüb. Lakin iyunun ortalarından başlayaraq, ölkədə infeksiya klasterləri müşahidə edilməyə başlayıb. Həmin klasterlərdə yoluxanlardan götürülən nümunələrin genetik analizi bu virusun mutasiya etdiyini təsdiq edib.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların sayı 45 minə çatıb. Virusun yaratdığı xəstəlik nəticəsində 1048 nəfər həyatını itirib.

 

Rövşən ATAKİŞİYEV,  “Xalq qəzeti”

7 2020 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə