Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərzaq mallarının qiyməti bahalaşır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumata görə,  dünyada ardıcıl olaraq ikinci aydır ki, ilk sıralarda bitki yağları və süd məhsulları olmaqla ərzaq məhsullarının qiyməti bahalaşır. Məlumatda qeyd edilir ki, ərzaq məhsulları qiymətlərinin orta indeksi iyulda 94,2 punkt təşkil edib. Bu da iyun ayı ilə müqayisədə 1,2 faiz çoxdur.
Bildirilir ki, bitki yağının qiymət indeksi ötən ayla müqayisədə 7,6 faiz bahalaşaraq, son beş ayda ən yüksək göstəriciyə çatıb. Ötən ay süd məhsullarının indeks göstəricisində də 3,5 faizlik artım müşahidə olunub. Bahalaşma kərə yağından pendirə və quru südə qədər bütün məhsullara təsir edib.
Bununla yanaşı, dənli bitkilərin qiymət indeksləri iyun ayı ilə müqayisədə demək olar ki, dəyişməyib. İyul ayında ətin qiymət indeksində isə azalma müşahidə edilib – ötən ayla müqayisədə 1,8 faiz.
Xəbəri BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
 

 

7 2020 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə