Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 17 il ərzində insanların sağlamlığının qorunması dövlət siyasətinin prioritetini təşkil edib

Koronavurs pandemiyasının bəşəriyyəti qorxu içərisində saxlamasının 6- cı ayı tamam olur. Bu müddət ərzində dünya iqtisadiyyatı ciddi ziyanla üzləşdi, çoxlu sayda iş yeri itirildi, insan tələfatı oldu. Dünya sanki belə bir təhlükə ilə ilk dəfə idi üzləşirdi. Hətta inkişaf etmiş qüdrətli dövlətlər belə pandemiyanın qarşısında aciz qalıb. Dünyanın bir parçası olan Azərbaycan ilk gündən koronavirusa qarşı ciddi mübarizə apardı. Operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində  koronavirusun  geniş yayılmasının,  ciddi zərər vurmasının qarşısı alındı .  Avqustun 6-da  Prezidenti İlham Əliyevin  ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda  keçirdiyi müşavirədə də bu barədə ətraflı məlumat verildi.

Son 10 günün statistik məlumatı da təsdiqləyir ki, koronavirusla düşünülmüş mübarizə öz nəticəsini göstərir. Artıq on gündür ki, virusa yoluxanların sayı sağalanların sayından qat-q at azdır.  Dövlət başçısının dediyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bu, vaxtında görülmüş tədbirlərin nəticəsidir və  vəziyyət bu günə qədər nəzarət altındadır. İlk günlərdən,  yəni bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da  keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə  də dövlətimizin başçısı  görülən işlər barəsində ətraflı məlumat vermişdi.

Qeyd olunmuşdu ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır.  Ölkə başçısının sərəncamı ilə  Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır.   Bu gün də Metropoliteninin fəaliyyəti  bərpa olunmayıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Bütün  bunlar ölkə vətəndaşlarının sağlamlığının qorunması məqəsədilə edilib.

Azərbaycan pandemiyaya qarşı mübarizədə  ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və dünya ictimaiyyətinin də bu bəladan xilas olmasına öz töhfələrini verir. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə  ÜST-ə 10 milyon dollar ianə eTmiş, 30-dan çox ölkəyə  humanitar yardım göstərmişdir. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalaNmışdır.  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir və  respublikamızı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda  keçirilən müşavirədə də qeyd edildiyi kimi,  bütün təşkilati məsələlərin lazımi səviyyədə həll edilməsi əhalini bu təhlükəli virusdan tədricən xilas etdi. Qısa müddət ərzində  xəstəxanalar yenidən quruldu  və  xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırıldı.  Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı  dünyanın inkişaf etmiş ölkələri  ilə müqayisədə çox aşağı səviyyədədir.  Hazırda  46 xəstəxana yalnız  koronavirus xəstələrinə xidmət göstərir.  Qürurverici haldır ki,  bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib, əsaslı şəkildə təmir edilib və ya müasir avadanlıqlarla təchiz olunub. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisini xüsusi qeyd etmək istərdim.  İndiyədək  artıq  modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində dövlət başçısnın  iştirakı ilə bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayının  bütövlükdə , 16-ya çatdırılacağı qərara alınıb. Bununla da  təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Əgər  vaxtında bu addımlar atılmasaydı, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.  Artıq bunların hamızı arxada qaldı.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində insanların sağlamlığının qorunması dövlət siyasətinin prioritetini təşkil edib. Son 17 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülməsi, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi də bundan xəbər verir.  Bu müddət ərzində respublikamızda 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçirilir. 

Pandemiyanın yaratdığı işsizlik problem də dövlət başçısının diqqıtindən kənarda qalmayıb. Virusdan zərər çəkən fiziki şəxslərə, şirkətlərə, o cümlədən aztəminatlı ailələr kompensiya ödənilib.  Ölkə Prezidentinin çıxışında qeyd edildiyi kimi,  təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi.  Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu.

Belə faktlardan  istənilən qədər göstərmək mümükündür. Faktlar da təsdiqləyir ki, son 17 ildə insanların sağlamlığının qorunması. əhalinin həyat səviyyəsinin yüksəldilməsi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetini təşkil edir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları  Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

7 2020 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə