• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 429     Bakı şəhəri, 6 oktyabr 2018-ci il
 
“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 286 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarına 1 nömrəli əlavə - “Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı”nın Ağsu rayonu bölməsinin 227-ci hissəsində “Gürcüvan” sözü “Xanbulaq” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480, № 7, maddə 887, № 10, maddə 1216; 2016, № 5, maddə 956; 2018, № 5, maddə 1123) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin “Xaçmaz rayonu” hissəsinin “Yerləşdiyi ünvan” sütununun 1114-cü və 1115-ci bəndlərində “Müqtədir” sözü “İstisu” sözü ilə, “Qusar rayonu” hissəsinin “Yerləşdiyi ünvan” sütununun 1445-ci bəndində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə 852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə 609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, № 3, maddə 266, № 4, maddə 395, № 6, maddə 639; 2013, № 6, maddə 729; 2015, № 4, maddə 458, № 10, maddə 1215; 2018, № 4, maddə 788) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin;
3.2. “Goranboy rayonu” bölməsinin “Yolun adı” sütununun 11-ci hissəsində “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə, 14-cü hissəsində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə əvəz edilsin;
3.3. “Göygöl rayonu” bölməsinin “Yolun adı” sütununun 5-ci hissəsində “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin;
3.4. “Xaçmaz rayonu” bölməsinin “Yolun adı” sütununun 28-ci hissəsində “Alekseyevka” sözü “Çaykənarı” sözü ilə əvəz edilsin;
3.5. “Xızı rayonu” bölməsinin “Yolun adı” sütununun 17-ci və 18-ci hissələrində “Şuraabad” sözü “Şorabad” sözü ilə əvəz edilsin;
3.6. “Qazax rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin;
3.7. “Qusar rayonu” bölməsinin “Yolun adı” sütununun 29-cu hissəsində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin;
3.8. “Oğuz rayonu” bölməsinin “Yolun adı” sütununun 9-cu hissəsində “Vladimirovka” sözü “Çayqovuşan” sözü ilə əvəz edilsin;
 3.9. “Saatlı rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə əvəz edilsin;
3.10. “Samux rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə və 6-cı hissəsində “Qırmızı Samux” sözləri “­Qaraağaclı” sözü ilə əvəz edilsin;
3.11. “Yevlax rayonu” bölməsinin “­Yolun adı” sütununun 5-ci hissəsində “­Bünyadabad” sözü “Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214, № 12, maddə 1563; 2018, № 1, maddə 136) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşən müəssisələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. “16. Ağsu rayonu üzrə” hissəsinin “16.3. Kənd həkim məntəqələri” bəndində “Gürcüvan” sözü “Xanbulaq” sözü ilə əvəz edilsin;
4.2. “29. Goranboy rayonu üzrə” hissəsinin “29.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə və “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə əvəz edilsin;
4.3. “33. Xaçmaz rayonu üzrə” hissəsinin “33.8. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Alekseyevka” sözü “Çaykənarı” sözü ilə və “Müqtədir” sözü “İstisu” sözü ilə əvəz edilsin;
4.4. “36. Xızı rayonu üzrə” hissəsinin “36.2. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Şuraabad” sözü “Şorabad” sözü ilə əvəz edilsin;
4.5. “43. Qazax rayonu üzrə” hissəsinin “43.9. Kənd tibb məntəqələri” bəndində “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin;
4.6. “45. Quba rayonu üzrə” hissəsinin “45.6. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Novonikolayevka” sözü “Çaydüzü” sözü ilə əvəz edilsin;
4.7. “47. Qusar rayonu üzrə” hissəsinin “47.4. Kənd həkim məntəqələri” bəndində “Şirvanovka” sözü “Şirvanlı” sözü ilə əvəz edilsin;
4.8. “51. Masallı rayonu üzrə” hissəsinin “51.3-cü bəndində” “Kalinovka” sözü “Viləş” sözü ilə əvəz edilsin;
4.9. “55. Oğuz rayonu üzrə” hissəsinin “55.4. Kənd tibb məntəqələri” bəndində “Astraxanovka” sözü “Çaldaş” sözü ilə əvəz edilsin;
4.10. “57. Saatlı rayonu üzrə” hissəsinin “57.3 Kənd həkim məntəqələri” bəndində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə, “57.4. Kənd tibb məntəqələri” bəndində “Qarayevkənd” sözü “Orta Muğan” sözləri ilə əvəz edilsin;
4.11. “60. Samux rayonu üzrə” hissəsinin “60.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Qırmızı Samux” sözləri “­Qaraağaclı” sözü ilə, “60.5. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Luksemburq” sözü “Köbər” sözü ilə və “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin;
4.12. “63. Şəmkir rayonu üzrə” hissəsinin 63.8-ci bəndində “Qasım İsmayılov” sözləri “Ağlavaşlı” sözü ilə, “63.13. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Muxtariyyat” sözü “Qədimqala” sözü ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin