Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Liqası: Bütün 1/4 final cütləri məlum oldu

UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandaların adları müəyyənləşib. 

"Report" xəbər verir ki, 1/8 final mərhələsinin son cavab görüşləri nəticəsində bu hüquqa İngiltərə "Vulverhempton"u və İsveçrə "Bazel"i yiyələnib. 

"Vulverhempton" Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi Yunanıstan "Olimpiakos"unu öz meydanında minimal hesabla yenib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub. 

"Bazel" isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurt "Ayntaxt"ına evdə də qalib gəlib - 1:0. 87-ci dəqiqədə Fabian Frayın vurduğu qol oyunda yeganə olub. 

Beləliklə, 1/4 finalda görüşəcəklər:

"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə)
"İnter" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.  

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

7 Avqust 2020 12:19 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə