Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqası cavab oyunları ilə bərpa olunur

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək.

"Report"un məlumatına görə, Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri ilə bərpa olunacaq.

4 matçdan yarısı ilk oyun günündə, yarısı isə avqustun 8-də baş tutacaq. "Yuventus" Fransadakı ilk qarşılaşmada minimal hesabla uduzduğu "Lion"dan bunun əvəzini İtaliyada çıxmağa çalışacaq.

Gecənin digər qarşılaşmasında İspaniya "Real Madrid"i ilə İngiltərə təmsilçisi "Mançester Siti" münasibətlərinə aydınlıq gətirəcəklər. Madrid səfərində 2:1 hesablı qələbəyə sevinən "şəhərlilər" üstünlüklərini qorumaq niyyətindədirlər.

Sabah isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

7 Avqust 2020 11:47 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə