Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın nüvə silahından istifadə şərti

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq digər dövlətlərə nüvə zərbəsinin endirilməsi şərtini açıqlayıb.

Nazirliyin “Krasnaya Zvezda” nəşrinin məlumatına görə, Rusiyanın bu qəbildən olan raketi buraxması üçün ilk səbəb “ölkənin və ya onun müttəfiqlərinin ərazisini hədəf seçmiş ballistik raketin startı ilə bağlı etibarlı məlumatın daxil olması”dır.

Qeyd olunur ki, ballistik raketin nüvə başlığı ilə təchiz olunması vacib deyil, çünki monitorinq sistemi onların varlığını müəyyən edə bilmir. Bütün bunlar qarşısında isə cavab zərbəsi istənilən halda endiriləcək.

“Xalq qəzeti”

7 2020 11:27 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə