Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİNDƏNDİR

Azərbaycanın inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır. Elə bu səbəbdəndir ki, regionların da sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatı möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və  məşğulluğunun artırılması istiqamətində əməli işlər görülür. Təkcə İsmayıllı rayonunun inkişaf statistikasına nəzər yetirsək, görərik ki,  2003-cü il illə müqayisədə 2019-cu il üzrə məhsul buraxılışı 3,4 dəfə, sənaye 1,8 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, əsas kapitala yönəldilmiş məhsul 80,9 dəfə artmışdır. Bundan əlavə, rayonda görülmüş işlər sırasında Təzəkənd -- Ağbulaq -- Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsidir ki, bu da yaşayış məntəqələri arasında, eləcə də rayon mərkəzinə əhalinin gediş-gəlişinin rahatlaşdırılması baxımından son dərəcə mühüm addımdır.

Regionlarda sosial problemlərin həlli də ən prioritet məsələlərdən biridir. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir.

Prezident İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır, regionların inkişafı dövlət başçısının həyata keçirdiyi siyasətin prioitet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi paytaxt Bakı ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır. Ölkə başçısının bu günlərdə Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri də bu faktı bir daha təsdiq edir.

Ölkəmizdə pandemiya şəraitinin hökm sürməsinə və bu səbəbdən iqtisadiyyatımızın inkişaf tempinin nisbətən azalmasına baxmayaraq, regionlarda sosial layihələrin reallaşdırılması işinə fasilə verilmir. Yeni xəstəxanalar  tikilir, xəstələrin müalicəsi üçün  zəruri tədbirlər həyata keçirilir. Dövlətin heç bir sosial layihəni ixtisara salmaması, əksinə, sosial tədbirləri daha da gücləndirməsi cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial siyasətin təzahürüdür. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl şəkildə müvəffəqiyyətlə həyata keçirilir.

Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Cənab Prezidentin müxtəlif  bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Dövlət başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirusa qarşı mübarizə məqsədilə  modul tipli xəstəxanaların, Balakəndə “ASAN xidmət” mərkəzinin, Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında, İsmayıllıda “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirakı və digər mühüm tədbirlərdə  iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalanması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.  Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə verilən sərəncam, İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında, Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında , ümumilikdə rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalanması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Balakəndə regional “ASAN xidmət” mərkəzinin açılışı region əhalisinə paytaxt əhalisi ilə eyni həyat standartlarının çatdırılması baxımından son dərəcə mühüm addımdır.

Eyni zamanda , pandemiya şəraitini nəzərə alaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində , ümumilikdə ölkə üzrə 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutulub . Ölkə başçımızın rayonlara olan bu səfəri çərçivəsində Qobustan, İsmayıllı, Şəki, Qəbələ rayonlarında dörd modul tipli xəstəxanın açılması pandemiya ilə mübarizə istiqamətində atılmış mühüm addımlar sırasındadır.

Bu gün Azərbaycanda 9 modul tipli xəstəxana artıq istifadəyə hazırdır. 10-cu xəstəxananın bu ay istifadəyə verilməsi gözlənilir. Görülən tədbirlərin real nəticəsidir ki, Azərbaycanda koronavirus xəstəliyinin nəzarət altında saxlanılması mümkün omuşdur. Azərbaycanda yeni xəstəxanaların açılması nəticəsində əlavə 6 minlik çarpayı fondu yaradılır.

Azərbaycan dövləti insanların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlarını səfərbər edib və lazım olan  zəruri işlər görülür. Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Şəbnəm HƏSƏNOVA,
politoloq

7 Avqust 2020 10:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə