Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial təminat ödənişləri alanların sayı ötən illə müqayisədə artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd,  350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox  olmaqla  468 milyon manat vəsait yönəldilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Avqust 2020 10:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Sentyabr 2020 | 14:04
O gün həqiqətən uzaqda deyil

Köhnə versiyamızdan xəbərləri izlə