Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yasamalda salınacaq meşə tipli park sakinlərin mənalı istirahəti üçün yeni məkandır

Yaxın günlərdə Yasamal rayonunda yeni möhtəşəm bir parkın  inşasına başlanılacaq . Avqustun 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  yeni salınacaq meşə tipli parkda görüləcək işlərlə tanış olduqdan sonra sakinlərdə bu əminlik yaranıb.  Dövlət başçısının  tapşırığına əsasən,  meşə tipli yeni parkın layihəsi  də  hazırdır. Dörd hektar ərazi hissə-hissə satılmaq niyyəti ilə  bəzi adamlar tərəfindən zəbt olunmuşdu. Möhtərəm Prezidentimizin tapşırığından sonra  ərazini satmaq istəyənlərin  niyyətləri puç oldu.  Həmin ərazi  dövlət fonduna qaytarıldı və  burada möhtəşəm bir parkın salınması qərara alındı.  Bununla əlaqədar  ərazidə yaşayan sakinlər dövlətimizin başçısına dərin minnətdarlığını  bildirirlər.

Son 17 ildə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun əsasını  insan amili , əhalinin sağlamlığının diqqət mərkəzində saxlanılması, asudə vaxtlarının səmərəli keçirilməsi  təşkil edir. Sosialyönümlü  siyasət insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu siyasət ölkə vətəndaşlarının həyat tərzinin  getdikcə yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bunu hər kəs gündəlik həyatında hiss edir və görür. Yasamal rayonunda  meşə tipli parkın salınması da  insan amilinə verilən dəyərin növbəti  göstətricisidir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov  yeni  layihə  barədə dövlət başçısına məlumat verərkən dedi ki, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin, demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və  dövlət başçısıns təqdim olunacaqdır. Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər də hazırlanır.

Göründüyü kimi, yeni salınacaq park sakinlərin ən sevimli istirahət məkanına çevriləcək.  Ümumiyyətlə,  son illər Yasamal rayonunda aparılan abadlıq-qururculuq işləri geniş vüsət alıb. Xüsusilə, yeni parkların salınması, yaşıllıq zolaqlarının genişləndirilməsi,  yol infrastrukturunun yenidən qurulması,  “Abad həyət” layihəsi çərçivəsində  sakinlərin  istirahətinin təmin edilməsi, uşaqlar  üçün  əyləncə mərkəzlərinin  yaradılması, səliqə-sahmanın  təşkili  böyük rəğbətlə qarşılanır.  Söküntüsünə bir neçə il əvvəl başlanılmış “Sovetski” yaşayış məhəlləsində salınmış park bu gün sakinlərin ən çox istirahət etdikləri məkana çevrilib.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. Parkın yaşıllaşdırma işləri aparılarkən  flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Parkda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bu gün həmin ərazi təkcə burada yaşayan sakinlərin deyil,  kənardan gələnlərin də ən sevimli istirahət məkanlarındandır.

Yasamal rayon sakinləri  dörd hektar ərazini əhatə edən yeni salınacaq  meşə tipli parkın  da möhtəşəm olacağına əmindirlər.  Bütün bunlar əhalinin sağlamlığının qorunmasının , asudə vaxtlarının səmərəli keçirilməsinin dövlət başçısının diqqət mərkəzində  olduğunun  göstəricisidr.  

Vaqif MƏMMƏDOV,
Yasamal Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

7 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə