Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp "TikTok" və "WeChat"a qarşı tədbirlər haqqında fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp "TikTok" tətbiqinə qarşı tədbirlər haqqında fərman imzalayıb.

Ağ Evin mətbuat xidmətindən bildiriblər ki, fərman ABŞ şirkətlərinə "TikTok" tətbiqinin sahibi olan "ByteDance" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir. Qadağa fərmanın dərcindən 45 gün sonra qüvvəyə minir.

D.Tramp "WeChat" sosial şəbəkəsinə qarşı tədbirlər haqqında da fərman imzalayıb.

Fərman ABŞ şirkətlərinə "WeChat" sosial şəbəkəsi, onun sahibi olan "Tencent Holdings" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

7 2020 09:18 -

Köhnə versiyamızdan xəbərləri izlə