Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnquşetiayada terror aktı hazırlayan iki terrorçu məhv edilib

İnquşetiya Respublikasında terror aktı hazırlayan iki terrorçu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib.

Milli Terrorla Mübarizə Komitəsinin informasiya mərkəzinin məlumatda deyilir: "İnquşetiyanın Nazran şəhərində və Malqobek rayonunda həyata keçirilən antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib, biri isə saxlanılıb. Onların kimliyi müəyyən edilib. Məlumata görə, onlar respublika ərazisində bir sıra terror cinayətləri törətmək niyyətində olublar".

Terrorçularla toqquşmanın baş verdiyi yerdə silah, döyüş sursatı və partlayıcı qurğu aşkar edilib.

7 2020 08:52 -

Köhnə versiyamızdan xəbərləri izlə