Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Improtex Motors” şirkəti “BMW i3” elektroavtomobilini təqdim edib

“Improtex Motors” şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni “BMW i3” avtomobilini Azərbaycanda təqdim edib. Artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. Əlverişsiz hava şəraitində və ya kondisioner, istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş “BMW i3” bir tam enerji yığımına ən az 200 kilometr məsafə qət edə bilər.

“BMW i3” 7.3 saniyəyə 100 km sürət yığır. Yenilənmiş “BMW i3” öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan idman tərzli və effektiv elektromobildir. Y

“BMW i3” öz seqmentində yeni oriyentirlər təyin edir və özündə inanılmaz effektivliklə bütün BMW avtomobillərinə xas olan və yalnız elektrik enerjisi ilə 300 kilometrdə gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir. “BMW i3” enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş “BMW i3” 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. “BMW i3” 50 kvt gücündə daim cərəyanla doldurulma imkanına malikdir. Daim cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları “BMW i3” batareyasını 40 dəqiqədən az müddətdə 80 faizədək doldurur.

“BMW i3”ün zəngin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə parketmə sistemi “Park Distance Control” daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.

Qeyd edək ki, BMW 4 il (və ya 200.000 kilometr) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq “BMW i” markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min kilometr), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min kilometr) ayrıca zavod zəmanəti təqdim edilir.

Qeyd edək ki, “Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi var.

7 Avqust 2020 08:37 -

Köhnə versiyamızdan xəbərləri izlə