Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon: ABŞ Beyrutdakı partlayışla bağlı təhqiqatları davam etdirir

ABŞ-ın Müdafiə naziri Mark Esper Kolorado ştatında yerləşən Aspens institutunun qlobal təhlükəsizlik məsələlərinə həsr olunan növbəti illik toplatısında bildirib ki, onun ölkəsi Beyrutda baş vermiş dəhşətli partlayışla əlaqədar mühüm kəşfiyyat məlumatlarını toplamaqda davam edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Livanın hakimiyyət dairələrinə partlayışıın ağır fəsadlarını aradan qaldırmaqda kömək etməyə hazırdır.

Pentaqonun rəhbəri sonra qeyd edib ki, bu istiqamətdə təhqiqata cəlb olunanların böyük əksəriyyətinin ehtimalına görə, partlayış qəsdən deyil, təsadüf nəticəsində baş verib.

Lakin bundan əvvəl ABŞ Prezidenti Donald Tramp partlayışı terror hadisəsi adlandıraraq bildirmişdi ki, Beyrutun dəniz limanında baş verən partlayışa dəhşətli hücum səbəb olub.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonun­da bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların, demək olar ki, bir qismini dağıdıb və ya zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarət alıb, bir çoxu itkin düşüb, 300 min nəfər evsiz qalıb. Partlayışın ölkəyə, azı, 3 milyard dollar zərər vurduğu bildirilir.

Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub. Hökumət hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edib.

M.HACIXANLI,“Xalq qəzeti”

7 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə