Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı– Naxçıvan marşrutu üzrə reyslərinə avia­bilet satışı yeni üsulla həyata keçiriləcək. Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuş­ların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

– azal.az saytında https://help.azal.az/hc/az/ requests/new?ticket_form_id=360000853919 linki vasitəsilə onlayn formanı doldurmaqla;

– (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır.

“Xalq qəzeti”

7 Avqust 2020 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə