Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatıb

Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) iyul ayında gündəlik qaz axınının maksimum səviyyəsinə çatıb.

Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, 2018-ci il iyunun 30-da TANAP vasitəsilə Türkiyəyə qaz tədarükünün başlanmasın­dan indiyədək bu ölkəyə təxminən 6,2 milyard kubmetr qaz verilib: “30 iyun 2018-ci ildə gündəlik 4.7 milyon kubmetr qaz axını ilə nəqlə başladıq. Bu həcm tədricən artmağa doğru getdi. 1 iyul 2019-cu ildə 11.3 milyon kubmetrə çatdı və 1 iyul 2020-ci ildə maksimum 17 milyon kubmetr səviyyəsinə çatdıq”.

Fatih Donməz, TANAP-ın Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Xatırladaq ki, TANAP qaz boru kəmərinin birinci hissəsinin (Faza-0) istismara verilməsi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir vilayətində baş tutub və 2018-ci il iyunun sonundan etibarən Türkiyəyə ticari qaz tədarükünə başlanıb.

TANAP-ın ikinci hissəsinin (Mərhələ-1) açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin Edirne əyalətinin İpsala bölgəsində keçirilib.

Yunanıstan sərhəddinə yaxın olan bu ərazidə

TANAP Transadriatik Boru Kəməri (TAP) ilə birləşdirilir, Azərbaycan təbii qaz bu ərazidən Avropa ölkələrinə nəql ediləcək.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Bunun təxminən altı mil­yard kubmetri Türkiyəyə, qa­lan hissəsi Avropaya tədarük ediləcək. TAP kəməri ilə qaz 2020-ci ilin sonlarından Avro­paya nəql olunacaq.

TANAP səhmdarlarının pay bölgüsü belədir: Cənub Qaz Dəhlizi QSC - 51 faiz, SOCAR Turkey Enerji - 7 faiz, Botaş - 30 faiz, BP - 12 faiz.

“Xalq qəzeti”

7 Avqust 2020 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə