Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıdakı COVID-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib

 

Bakı şəhərində COVID-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35, rayonlarda isə 20 faizə enib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib ki, buna baxmayaraq reanimasi­ya şöbələrində doluluq faizi yüksəkdir: “Dünya ölkələrində də vəziyyət belədir. Xəstəliyin yoluxma sürəti məhdudlaşdırılıb, amma xəstəliyin ağır keçirilmə tendensiyası var. Buna görə də reanimasiya yataqlarında doluluq var”.

Boş çarpayı sayının sürətlə artması­na səbəb olan amillər haqqında danışan R.Bayramlı qeyd edib ki, əvvəl orta çarpayı günü 14-15 gün təşkil edirdi: “Amma təcrübə qazandıqca, xəstəliyin gedişatı barədə tibbi məlumatlar çoxal­dıqca xəstələri daha erkən evə yaza bili­rik. Bəzi xəstəxanalarda bu müddət artıq 7 günədək enib. Bəzi xəstəxanalarda isə bu müddət 8-10 gündür. Təlimlər sayəsində bu rəqəmi daha da aşağı sala biləcəyik”.

“Xalq qəzeti”

7 Avqust 2020 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə