Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax: məktub yazdı… bir də gördü ki, rayon rəhbəri evlərinin qapısını döyür…

Sakinin şikayətini yerində araşdırmaq. Bu onun iş üsuludur. Tabeliyində olanlar da bunu yaxşı bilir. Tapşırıq belədir: vətəndaşın müraciəti icra hakimiyyəti aparatına daxil oldumu, o elə həmin gün yerində araşdırılmalıdır. Məsul işçiyə tapşırsa da bir çox hallarda özü gedir həmin ünvana. Baxır, araşdırır, ərizəçi ilə söhbət edir və operativ tədbir görür. Rəcəb müəllimin iş üsuluna bələd olanlar bilirlər ki, imkan olsa şikayətçilərin, müraciət edənlərin, məktub yazanların hamısının evinə şəxsən özü gedərdi. Çünki təbiəti belədir. Lakin o tək, əhalinin sayı isə 100 min nəfərə yaxın. Hətta hər gün 15-20 evə getsə belə, yəqin bir ömür kifayət etməz. Dəfələrlə deyir ki, Ölkə Prezidentinin vətəndaşa münasibətindən hər birimiz nəticə çıxarmalı, ondan öyrənməliyik.

Bax bunun nəticəsidir ki, son illər Qazaxda vətəndaş amili əsas götürülür, xüsusilə  ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur.

... Şəhərin Azadlıq küçəsi,107-də yaşayan Mirqasım Nəsibov heç gözləmirdi ki, rayon icra hakimiyyətinin başçısı müraciəti ilə bağlı onun yaşadığı ünvana gələcək. Amma gəldi, vəziyyəti yerində araşdırdı, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verdi. İllərdən bəri yaşadığı küçədən keçən çirkab su arxı ilə bağlı rayon rəhbərinin göstərişi onu və ailə üzvlərini, qonşularını çox sevindirdi...

M.Nəsibov müraciətinə belə həssaslıqla yanaşıldığına görə Ölkə Pezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

6 Avqust 2020 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə