Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə ictimaiyyəti xaricdəki anti-Azərbaycan qüvvələrin fəallaşmasını ciddi şəkildə qınayır və ittiham edir

Əslində, bu, yeni hal deyil, bədxahlarımızın iyrənc ssenarilərin in davamıdır. Ölkəmizin istənilən uğuru kimlərinsə başında ildırım kimi çaxır və həmin dairələr böhtan və iftira kampaniyasına başlayırlar. Nəticədə nə danışdıqlarını və kimə danışdıqlarının fərqinə vara bilmir, özlərini ifşa edirlər. Məsələn, bir azərbaycanlı “qələm sahibinin” son iki yüz ildə daim azərbaycanlıların və türklərin qanını içmiş işğalçı, terrorçu, təxribatçı və separatçı qonşularımızı “sivil ermənilə r” adlandırması – ağlı itirməkdən başqa bir şey deyil.

Bu, bir faktdır ki, Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Dövlətimiz dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional for­matların təşəbbüskarı və fəal iştirakçı­sıdır. Ölkəmiz bir çox Avropa İttifaqı (Aİ) dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Məlumdur ki, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələdədir. Yaxın vaxtlarda saziş üzərində işlərin başa çatması gözlənilir.

Azərbaycandan Avropaya uzanan kar­bohidrogen ixrac borularının günün reallı­ğına çevrilməsi, ölkəmizin Avropa İttifaqı ilə mühüm sənəd imzalamaq ərəfəsində olması, Prezident İlham Əliyevin Qo­şulmama Hərəkatının sədri kimi BMT rəhbərliyinə ünvanladığı təklifin hamı tərəfindən bəyənilib dəstəklənməsi, Azərbaycanın daha bir rayonunu iş­ğal etmək istəyən Paşinyan ordusunun burnunun əzişdirilməsi və digər bu kimi uğurlarımız xaricdəki düşmənlərimizi – artıq onlar sübut ediblər ki, təkcə bizə müxalif və ya bədxahımız deyil, həm də açıq düşmənlərimizdir – çox ciddi narahat edir və onların başından alov çıxarır. Həmin alovu isə beynəlxalq aləmə məhz öz soydaşlarımızın əli ilə yayırlar.

Bizi yandıran odur ki, Azərbaycan diplomatiyası Ermənistanın və dünya erməniliyinin bütün arqumentlərinin puç və əsassız olduğunu sübut etdikcə, bəzi soydaşlarımız öz yerlərini bizim yox, məhz ermənilərin yanında görürlər. Elə son hadisələrdə də Ermənistanın yalan­larını dəstəkləyən və gərginliyin artma­sında həyasızcasına Azərbaycanı ittiham edən üzdəniraq milli satqınların son fikirləri, əlbəttə ki, böyük hiddət doğur­maya bilməz. Mütəxəssislərin fikrincə, hər bir azərbaycanlının Ermənistanın təcavüzünə qarşı mübarizə apardığı bir zamanda Arif Məmmədov, Sevinc Os­manqızı, Vidadi İsgəndərli və digərlərinin Azərbaycan hökumətinin ünvanına sərsəm fikirlər səsləndirmələri, əlbəttə ki, ölkə ictimaiyyətində ciddi narazılıq, qəzəb doğurur.

Yeri gəlmişkən, bu il aprelin 14-də Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial iqtisadi yekunlarına həsr olunan videokonf­rans şəklində müşavirədə giriş nitqi söyləyən dövlət başçımız bu məsələyə xüsusi olaraq toxunmuş və konkret fikirlər səsləndirmişdir. Demişdir ki, bəzi insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz və xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq.

Prezident xatırladır: “Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcası­na qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Tor­paqlarımız işğala düşən zaman burada qar­daş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adam­ların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi. Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər”.

Odur ki, Azərbaycan ictimaiyyəti, ekspertlər xaricdəki anti-Azərbaycan və daxildəki “5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampa­niyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddiala­rına layiqli cavab verəcəkdir və verir.

Fikrimizi əsaslandırmaq üçün ölkə ictimaiyyəti nümayəndələrinin bəzi mülahizələrinə diqqət yönəltmək istərdik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Telman Haqverdiyev yazır:

– Məgər bunun xəyanətdən başqa adı var?

Artıq otuz ildən çoxdur ki, Azərbaycanın ictimai-siyasi həyatında “müxalifət” termini hər gün işlədilir. Bu da tamamilə təbiidir. Demokratik, hüquqi dövlətdə müxalifətin olmasını həm siyasət, həm də həyat tələb edir. Çünki hamının eyni şəkildə düşünməsi qətiyyən mümkün deyil. Yəni biz 30 ildir ki, müxtəlif səviyyəli müxalif partiyaların fəaliyyət göstərdiyi ölkədə yaşayırıq. Tam qətiyyətlə deyirəm, həmin müxalif siyasi partiyaların heç birinin təmsilçisi Azərbaycan xalqına qarşı Sevinc Osman­qızının etdiyi düşmənçiliyi etməmişdi.

Ölkə əhalisinin hamısı kimi mən də Sevincin atası Osman Mirzəyevi yaxşı tanıyırdım. Onun savadı, ziyalılığı, mədəniyyəti, insanlığı bir nümunə idisə, vətənpərvərliyi, Azərbaycan sevgisi, üfüqdə yenicə parlayan müstəqilliyimizə sədaqəti başqa bir örnək, dərs idi. Hamı­nın bildiyi faktdır ki, Osman Mirzəyev Qarabağa hərbçi və ya polis kimi deyil, tamamilə dinc, mülki məqsədlə getmişdi və Sevincin “sivil” adlandırdığı ermənilər onu necə öldürdülərsə, bütün dünya bilir.

İndi Sevincin həmin ermənilərin vəsaitinə, şirnikləndirməsinə aldana­raq Azərbaycana düşmən mövqedə dayanmasını görəndə məşhur bədii filmimizdəki sual yadıma düşür: “Onu bağışlamaq olarmı?” Elə həmin andaca cavab verirəm: Şəxsən mən xalqımı və dövlətimi işğalçı, Xocalı faciəsini törətmiş ermənilərin ayağına verən şəxsi heç zaman bağışlamaram.

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun əməkdaşımızın Facebook səhifəsinə ünvanladığı yazıda oxuyuruq:

– Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” ad­landıran və düşməni müdafiə edən fikirlər səsləndirir.

Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya, bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumların­dan və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir. Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” – sualını verən bu antimilli jurnalist, nədənsə, ASALA terror təşkilatının adı yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binaları­na təşkil etdiyi hücumları “görmür”.

S.Osmanqızının “Mən yenə də da­vanı kimin birinci başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtan kampaniyası aparan ermənilərin əlinə göydəndüşmə oldu. İndi ermənilər bu boşboğaz qadının cəfəng fikirlərindən bizim əleyhimizə eninə-uzununa istifadə edəcəklər. “Sapı özümüzdən olan bir balta” bu açıqlamala­rı ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu. Sevinc Osmanqızı kimi varlıqların özünü Osman Mirzəyevin qızı, yaxud azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur!

Əməkdar artist Aybəniz Haşımovanın Musavat.com saytın­da verilmiş “Sevinc Osmanqızı, əgər atanızı tanımasaydım, sizin azərbaycanlı olduğunuza şübhə edərdim” sərlövhəli yazısına diqqət yönəldək:

“Sizin daim hökumətlə davanız olub və bu dava davam edir. Siz azad insansı­nız və sözünüzü hökumətə bildirirsiniz və hökumət də ya cavab verir, ya da heç əhəmiyyət vermir. Bu, tamamilə başqa mövzudur. Mən siyasətçi deyiləm və siyasətlə məşğul olmaq fikrim də yoxdur. Sizə bir neçə kəlmə sözüm var.

Siz azərbaycanlı qızısınız. Əgər atanız Osman Mirzəyev olmasaydı, onu tanımasaydım, hörmətim olmasaydı, buna şübhə ilə yanaşardım. Onun necə gözəl ziyalı olduğunu şəxsən bilirəm. Lakin çox təəssüf ki, şəhid Osman Mirzəyevin qızı gedib Amerikada rahat oturub, düşündüklərini rahat həyata keçirsin deyə öz millətini, xalqını düşmənin ayağı­na verir. Sizin Amerikada millətimizə daş atanlardan heç bir fərqiniz olmadı. Əksinə, siz bizi daha betər ağrıtdınız, yandırdınız. Özü də təkcə 5-10 nəfəri deyil, bütün Azərbaycanı.

Çünki azərbaycanlılar, sizin de­diyiniz kimi, hücumçu, təcavüzkar, üsyançı olsaydı, Ermənistanda Xocalı soyqırımı kimi bir faciə törədərdilər. Halbuki azərbaycanlılar zamanında erməniləri başları üstdə tutublar. Ömür boyu ermənilər Azərbaycanın ən gözəl yerlərində yaşayıblar. İndi necə oldu ki, azərbaycanlıları vəhşi, üsyankar adlandı­rırsan?! Sən heç Allahdan qorxmadınmı? Sənin Zori Balayandan nə fərqin var?!”

 

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

5 Avqust 2020 20:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə