Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövsümün ən yaxşılarının adları açıqlanıb

İtaliya A Seriyasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. “Goal.com”un yaydığı məlumata görə, qeyd olunan göstərici üzrə siyahıda ilk pillədə “Yuventus”un hücumçusu Paulo Dibala ötən çempionatın ən yaxşısı seçilib.
Argentinalı forvard meydana çıxdığı 33 matçda vurduğu 11 qol və eyni sayda məhsuldar ötürmə ilə komandasının çempionluğunda yaxından iştirak edib.
Dibalanın komanda yoldaşı ­Voyçex Şensnı mövsümün ən yaxşı qapıçısı seçilib. Ən yaxşı müdafiəçi “İnter”li Stefan De Vrey, ən yaxşı yarımmüdafiəçi “Atalanta”lı ­Aleksandro Qomes, ən yaxşı hücumçu “Latsio”lu Çiro İmmobile, ən yaxşı gənc futbolçu isə “Parma”lı Deyan Kuluşevski elan olunub.
Adıçəkilən oyunçuların mükafatlarını 2020/21 mövsümünün startı zamanı alacağı diqqətə çatdırılıb.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 2020 19:56 - İDMAN
İDMAN
24 Sentyabr 2020 | 00:38
Mendi “Çelsi”yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə