Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada əhalinin 50 faizi ABŞ qoşunlarının ölkədən çıxarılmasını dəstəkləyir

“YouGov” təşkilatının apardığı sorğu nəticəsində məlum olub ki, ölkə əhalisinin 50 faizi ABŞ qoşunlarının ölkədən çıxarılmasını dəstəkləyir.
Respondentlərin 28 faizi Almaniyadakı ABŞ qoşunlarının sayının indiki sayda qalacağını düşünür, yalnız dörd faiz Amerika qoşunlarının sayının artırılmasını dəstəkləyir.
Qeyd edək ki, hazırda Almaniyada təxminən 36 min ABŞ hərbi qulluqçusu var. Bu heyətin saxlanılması üçün federal hökumət son on ildə təxminən bir milyard avro xərcləyib. ABŞ Müdafiə naziri Mark Esper qoşunların 12 min nəfərinin geri çəkilə biləcəyini açıqlayıb.
Bu arada ABŞ Dövlət Departamenti Filippin ordusuna kəşfiyyat, hücum və dəstək qayıqlarının, o cümlədən pulemyotların satılmasına razılıq verib. 
Bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Bildirilir ki, xarici hərbi satış proqramı çərçivəsində icrasına razılıq verilən müqavilənin dəyəri 126 milyon dollardır.
Müqavilənin əsas icraçısı ABŞ-da yerləşən “Willard Marine” şirkəti olacaq.

 

M.HACIXANLI,  
“Xalq qəzeti” 

5 Avqust 2020 19:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə