Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaxın Şərqin ən uğurlu 10 biznesmen qadını

Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmeninin adları açıqlanıb. “Forbes Middle East” jurnalının açıqladığı siyahıda yer almış həmin  qadınlar “Yaxın Şərqin ən bəyənilən brendlərinin sahibələri” adlı müsabiqənin qalibləridir. 

Bildirilir ki, müsabiqənin qalibləri innovasiyaları tətbiq etməklə texnoloji nailiyyətlərə imza atan və dünyada ən sevilən brend məhsullar yaradan zərif cinsin nümayəndələridir. 
Mənbə qeyd edir ki, siyahıya daha çox moda sənayesinə yeniliklər gətirən Yaxın Şərq mənşəli qadınlar daxil edilib. Onlar arasında məşhur Hollivud ulduzlarının geyim dizayneri Rem Akra, zərgərlik məmulatları brendini yaradan misirli Azza Fəhmi və qızları, ötən il 610 milyon dollar gəlirlə  “Forbes”in siyahısına daxil edilmiş iraqlı Huda Kəttan ilk üçlükdə yer alıblar.
Texnoloji  brend  kateqoriyasına isə bir sərmayəçinin cüzi yardımı ilə 50 milyon dollar qazanan “Mumzworld” brendinin yaradıcıları Muna Ətaya və Lena Abi Xəlil başçılıq edirlər. Siyahıda Səudiyyə Ərəbistanı, Mərakeş, fələstinli biznesmen xanımlar da yer alıblar.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

5 Avqust 2020 19:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə