Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,65 faiz artaraq bir bareli 46,06 dollar olub. 
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,01 faiz artaraq bir bareli 43,02, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,5 faiz artaraq bir bareli 47,01 dollar olub.
Ekspertlər bildiriblər ki, dünya dövlətləri COVID-19 virusuna görə karantin tədbirlərini yumşaltdıqca neftə olan tələbat artır. Buna görə də dünya bazarında “qara qızıl”ın qiyməti artır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

5 Avqust 2020 19:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə