Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Satış qiyməti rekord həddə çatıb

Avqustun 5-də Yaponiyada qızılın satış qiyməti bu qiymətli metalın pərakəndə satış tarixi boyunca ən yüksək həddə çatıb. Qızılın kotirovkalarını təyin edən Tokionun “Tanaka kikinzoku” şirkəti bu metalın qramını 7 min 608 yenə (təqribən 72 dollar) təklif edir. Bu, avqustun 4-də olan qiymətdən 152 yen bahadır.
Agentliyin bildirdiyinə görə, maliyyə bazarlarında qeyri-sabitlik davam etdiyi və investorların səhmlərin və dövlət istiqrazlarının qiymətinin kəskin enişindən ehtiyat etdiyi bir vaxtda etibarlı aktiv olaraq qızılın qiyməti artmaqda davam edir. Həmçinin indiki şəraitdə bu nəcib metalın qiymətinin artması, koronavirus pandemiyasının yeni dalğasının gözlənilməsi ilə də əlaqələndirilir.
Xəbəri BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
 

 

5 Avqust 2020 19:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə