Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya bitməyib, qorunmaq vacibdir

COVİD –19 infeksiyayası ilə bağlı ölkədə tətbiq edilən karantinlə bağlı rayonlara gediş-gəliş kəsilib. Buna baxmayaraq, rayon sakinlərini bu virusla bağlı informasiyalarla tanış etmək, onları qorunma vasitələri ilə bağlı maarifləndirmək məqsədilə, karantinin ilk günlərindən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva rayonla əlaqə saxlayıb.

Ötən 6 ay ərzində dəfələrlə Tovuza -- seçicilərinə, aztəminatlı ailələrə yardımlar göndərən deputat, həm də onları qorunma vasitələri ilə də təmin edib.

Bu günlərdə yenə də Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri,Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud şəxslər, rayon gəncləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.

Maskalar deputatın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonuna hədiyyə edilib. Deputat Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün maska taxmaqla bağll qaydalara əməl etməyə, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə diqqət etməyə çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2020 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə