Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva son həftədə 300-ə yaxın vətəndaşla onlayn qaydada danışıb

Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Eyni zamanda deputat Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-dən çox müraciət dinlənilib. Deputat həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Qeyd etmək yerinə düşər ki, müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.

Vətəndaşların bəzi müraciətləri ilə bağlı isə Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Onlayn müzakirələr zamanı deputat vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Q.Paşayeva, eyni zamanda, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVID --19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı aparılan mübarizədən da geniş məlumatlar verib və onları koronavirusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2020 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə