Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Piter Teys: Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir

Amerikalı ekspert Piter Teys bildirib ki, Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması həm bu ölkə üçün real sosial-iqtisadi təhdiddir, həm də bütün Qafqaz regionu və Avrasiya üçün siyasi riskdir.

Ekspert qeyd edib ki, Ermənistan hökumətində və siyasi dairələrində monoetnik siyasət, pan-erməni irredentizmi və faşist ideologiyası daim Avropa İttifaqı, Avropa Şurası, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası, eləcə də müxtəlif ölkələr tərəfindən pislənməlidir: Ermənistanda faşistlərə ucaldılmış abidələr indiki Ermənistan hökumətinin və baş nazir Nikol Paşinyanın geridə qalmış milli görüşünün və çürüməkdə olan fəlsəfəsinin təsdiqidir. Biz istənilən faşizm aktının, faşist erməni qoşunları tərəfindən Azərbaycanın suveren ərazisinə və xalqına qarşı hərbi təcavüz planlarını mühakimə etməyə hazır olmalıyıq”.

P.Teys əlavə edib ki, Soros Fondu hökumətləri gizli fəaliyyətə, insan haqlarının pozulmasına və ictimaiyyətin diqqətindən kənar dövlət vəsaitlərinin sərf olunmasına təşviq etməklə Avropa ölkələri üçün təhdid təşkil edir: “Corc Sorosun təsis etdiyi fond Avropaya və onun xalqlarına real təhlükədir”.

5 2020 14:51 -

Köhnə versiyamızdan xəbərləri izlə