Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa klubunda koronavirusa yeni yoluxmalar aşkarlandı

"Strasburq" futbol klubunda koronavirusa 4 yeni yoluxma aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı bildirib.

Qeyd edilir ki, iyulun 29-da komandanın 5 üzvünün COVID-19 testinin nəticəsinin müsbət olmasından sonra yeni analizlərin verilməsi barədə qərar qəbul edilib.

Beləliklə, hazırda karantində doqquz nəfər var. Bununla əlaqədar olaraq "Strasburq" "Reyms"lə avqustun 8-ə planlaşdırılan yoldaşlıq matçını təxirə salmağa qərar verib.

Xatırladaq ki, "Strasburq" 27 turdan sonra 38 xal yığaraq Fransa çempionatının vaxtından əvvəl başa çatmış mövsümünün yarış cədvəlində 11-ci yer tutur.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

5 2020 12:15 - İDMAN
İDMAN
24 Sentyabr 2020 | 00:38
Mendi “Çelsi”yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə