Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Plastik paketlərlə bağlı qadağa

Çili hakimiyyəti ölkədə ticarət köşklərində plas­tik paketlərdən istifadə ilə bağlı son qadağanı tətbiq edib. Bildirilir ki, plastik paketlərdən imtina 3 avqust 2018-ci ildə başlanılıb və dünən isə son addım atılaraq, kiçik və orta mağa­zalarda plastik paketlər qadağan edilib.

Bundan əvvəl, ölkə hakimiyyəti supermarketlərdə plastik paketlərin satışına və istifadəsinə qadağa qoyub. Hakimiyyət iki il ərzində 5 milyon paketin satışının qarşısını ala bilib.

Yeni qaydalara əsasən, plastik paketi satan mağazanı təxminən 250 min peso (330 ABŞ dolları) məbləğində cərimə gözləyir.

Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 2020 04:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə