Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ev heyvanlarında koronavirus aşkar edilib

Yaponiyada iki ev itində keçirilən COVID-19 testinin nəticəsi müsbət çıxıb. İtlərin koronavirusa yoluxan sahibləri təcriddə olduqları müddətdə onlar müvəqqəti baxım yerlərində saxlanılıblar. Firmadan vurğulanıb ki, itlərdə heç bir simptom müşahidə etməyiblər. Onlardan birinin testinin nəticəsi bir müddət sonra mənfi çıxıb.

Bildirilir ki, virusun itlərə yalnız ağız təması ilə keçdiyi ehtimal olunur. Bununla belə, qəti bir diaqnoz üçün antikor testlərinin keçirilməsinin zəruriliyi də vurğulanıb.

Xəbəri CNN Türk yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 2020 04:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə