Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni testlər tətbiq olunacaq

İngiltərə xəstəxanalarında koronavirusu qripdən ayıracaq və 90 dəqiqə ərzində nəticə verəcək yeni testlər tətbiq oluna­caq. Məlumata görə, gələn həftədən tətbiq ediləcək testlər baxım evlərində və laboratoriyalarda sınaqdan keçiriləcək. Səlahiyyətlilər bu testlərin qış aylarında korona­virusu ümumi mövsümi qripdən fərqləndirmək üçün faydalı olacağını söyləyiblər.

Səhiyyə katibi Met Hankok yeni tətbiq olunacaq testlərin, xəstəliyin sürətlə yayılmasının qarşısının alınmasında yardımçı olacağını bildirib.

Qeyd edək ki, hal-hazırda ölkədə koronavirus testlərinin dörddə üçü 24 saata, dörddə biri isə 2 gün ərzində nəticə verir.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 Avqust 2020 04:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə