Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Əfqanıstandakı kontingentinin sayını azaltmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Axios portalına müsahibəsində Birləşmiş Ştatların Əfqanıstandakı kontin­gentinin sayını 4 min hərbçiyə qədər azaltmaq niyyətində olduğunu deyib.

Hazırda bu istiqamətdə danışıqlar apardıqlarını qeyd edən ABŞ lideri Do­nald Tramp bildirib ki, qısa müddət ərzində Əfqanıstanda yerləşən qoşunların sayı 8 minə, sonra isə 4 minə qədər azaldılacaq.

Donald Tramp jur­nalistin bunun nə vaxt baş tutacağı barədə sualına – “Çox yaxında” – cavabını verib və dəqiq vaxt söyləməkdən yayınıb. Əlavə edib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri gününədək (3 noyabr) Əfqanıstanda təxminən 4–5 min hərbçi qalacaq.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarma­lıdır. “Taliban” hərəkatı isə, öz növbəsində, Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, “Tali­ban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

5 2020 04:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə