Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

50 milyondan artıq insan aclıq təhlükəsi ilə üzləşəcək

Afrikanın 8 ölkəsini birləşdirən Hökumətlərarası İn­kişaf Təşkilatı (IGAD) cari ilin sonunda qitənin şərqində 50 milyondan artıq insanın aclıq təhlükəsi ilə üzləşəcəyi barədə bəyanat yayıb.

Təşkilat Zimbabve baş­da olmaqla, Şərqi Afrika ölkələrinin hökumətlərini, habelə BMT-nin Ərzaq Proqramını gözlənilən aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Təşkilatın bəyanatında qeyd edilib ki, COVID -19 pandemi­yası, quraqlıq və iqtisadiyyatın çökməsi sözügedən regionda böyük humanitar fəlakətə səbəb ola bilər. IGAD üzv ölkələrin hökumətlərinə və tərəfdaşlarına müraciət edərək, onları təcili texniki və maliyyə yardımı göstərməyə çağırıb.

Təşkilatın icraçı direktoru Vorkneh Gebeyehu bildirib ki, qarşıdakı aylarda Şərqi Afrika ölkələrində əhalinin yoxsul təbəqələrinə ərzaq yardımları üçün vahid strategiya hazırlan­malıdır. Eyni zamanda, həmin dövlətlər ticarəti canlandırmaq üçün sərhədlərini açmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Afrikada yeni növ koro­navirusa yoluxanların sayı 972 minə çatıb, daha 20 min 600 nəfər isə həyatını itirib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Avqust 2020 04:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə