Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ iqtisadiyyatında azalma templəri davam edir

Avropa Statistika İdarəsinin (Avrostat) rəsmisi bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatında geriləmə pro­sesi, təəssüf ki, başa çatmayıb. Məlumatı “Anado­lu” agentliyi yayıb.

2020-ci ilin yanvar–mart ayları ərzində Aİ ölkələrində ümumi məhsul istehsalı (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz azalmış­dır. Buna koronavirus pande­miyasının qitə iqtisadiyyatına mənfi təsirləri səbəb olmuşdur.

Xəbərdə, həmçinin de­yilir ki, hazırda avrozonaya daxil olan 19 ölkədə bu ilin ikinci rübündə isə geriləmə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz təşkil etmişdir. Bütövlükdə, avrozo­na iqtisadi məkanında bu ilin ikinci rübündə ÜDM-nin həcmi 2019-cu ilin müvafiq dövrünə nisbətdə 15 faiz azalmışdır.

Yeri gəlmişkən, son aylar Aİ ölkələrinin avtomobil bazarında da ciddi geriləmə müşahidə olunur. “Avropa Avtomobil Bazarları Dəyərləndirmə Assosiasiyası”ndan mətbuata bildiriblər ki, bu ilin birinci yarısında qitədə avtomobil satışı birdən-birə 38,9 faiz azalmışdır. Belə ki, 2019-cu ilin yanvar–iyun ayları ərzində 9834 avtomobil satılmışdısa, 2020-ci ildə bu göstərici cəmi 6011 ədəd təşkil etmişdir.

Avropa dövlətləri arasında Türkiyə yeganə ölkədir ki, bu ilin 6 ayı ərzində avtomobil ba­zarında nəinki azalma müşahidə olunmamış, əksinə, artım olmuşdur. Satış həcminə görə, Türkiyə artıq Avropa qitəsində altıncı yerdədir.

Qeyd edək ki, avtomobil bazarı Avropa iqtisadiyyatının aparıcı sahələrindən biri sayılır. Satışın kəskin azalması, təbii ki, pandemiya ilə bağlıdır.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

5 2020 04:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə