Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı Rayon İHB-nin Şamaxı Şəhər Nümayəndəliyi şəhər küçələrinin cari təmiri və şəhər təsərrüfatına lazım olan elektrik avadanlığının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender proseduru 9 sentyabr 2020-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra-portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün “Asan Ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğdə iştirak haqqı ödəməklə portal vasitəsilə tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

“Kapital Bank”ın Şamaxı filialı

Dövlət Xəzinədarlığı Agentliyi

Kod-210005

VÖEN-8400081801

H/h-AZ42CTRE00000000000002512732

M/h-41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak üçün iddiaçılar portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

–iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və bank rekvizitləri ;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-Azərbaycan dilində tender təklifi (tender təklifi 2020-ci il noyabrın 9-dək qüvvədə olmalıdır) ;

-tender təklifi qiymətinin 1 faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandır­dığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hal­larının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;

-tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna aid tələb olunan digər məlumat.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 8 sentyabr 2020-ci il saat 17.00-a, digər tələb olunan sənədləri isə ən geci 30 avqust 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.

Xidmətin göstərilməsinə başlanma vaxtı 2020-ci il sentyabrın 30-dur.

Xidmətin göstərilməsi müddəti 1(bir) ildir.

Qiymətləndirmə meyarları-qiymət və texniki amillər.

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara aid izahatlar yalnız portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılışını və qiymətləndirilməsini portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası

5 2020 04:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə