Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bаkı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün mebel və avadanlıqların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot-1. 2020-ci il üçün mebel və avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət sa­tınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki im­kanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 500 manatdır.

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN - 1401555071

M/h- AZ41NABZ01360100000000003944

SWIFT- CTREAZ22

Təşkilat- məktəbəqədər təhsil müəssisələri idarəsi

İBAN H/h- AZ27CTRE00000000000002518337

VÖEN - 1701374451

Büdcə səviyyəsinin kodu- fond 7Y

Büdcə təsnifatının kodu- 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarıxdən son­ra ən azı 30 bank günü qüvvədə olmalıdır) ;

- tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki fəaliyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “ Dövlət satınalmaları haq­qında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarı­da göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 avqust 2020-ci il saat 18.00-a , tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 1 sentyabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri 2 sentyabr 2020-ci il saat 18.00-da portalda açılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

5 2020 04:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə