Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-ci il üçün Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarının liftlərində cari təmir işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun aşağıda göstərilən lot üzrə tender təkliflərini etender.gov.az elekt­ron portalında yerləşdirsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

İşlərin yerinə yetirilməsi 2020-ci ilin sonunadək nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra etender.gov.az elektron portalından tenderin əsas şərtlər toplusunu ala bilərlər. Ten­derin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat- GƏNCƏ ŞƏHƏR MƏNZİL–KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ

VÖEN- 2300336431

H/h- AZ58AZRT38060019440017830004

“AZƏR-TÜRK” BANK ASC

Kod - 506883

VÖEN- 9900006111

M/h- AZ­02NABZ01350100000000022944

S.W.I.F.Bik- AZRTAZ22

Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.

Tenderdə iştirak etmək istəyənlər 25 avqust 2020-ci il saat 18.00-dək aşağıdakı sənədləri etender.gov.az elektron portalında yerləşdirməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında son 1 maliyyə ili nəzərdə tutulan arayış;

-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının fəaliyyəti haqqında ver­gi orqanları tərəfindən son 1 maliyyə ili nəzərdə tutulmaqla təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının rəsmi blankında təqdim olunmuş bank rekvizitləri və ünvanı;

-qeydiyyatdan keçdiyi ölkə (reysterdən çıxarış);

-nizamnamə ;

-analojı işlərin yerinə yetirilməsinə aid iddiaçıların potensial imkanları haqqında məlumat (maddi-texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.

Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Tender təklifi təminatı zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar tender təkliflərini 2 sentyabr 2020-ci il saat 18.00-a qədər etender.gov.az elektron portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.

Tender proseduru 3 sentyabr 2020-ci il saat 18.00-da etender.gov.az elektron portalında keçiriləcəkdir.Tenderlə əlaqədar məlumat almaq üçün etender.gov.az, [email protected] elektron portalına və ya əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Hüseynbala Mehdizadə, telefon +994 22 256 03 19. +994 55 482 93 99.

5 2020 04:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə