Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 274 Bakı şəhəri, 30 iyul 2020-ci il

“Dövlət və bələdiyyə tərəfindən yara­dılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haq­qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 de­kabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və bələdiyyə tərəfindən yara­dılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2013, № 8, maddə 1006; 2017, № 4, maddə 630, № 12 (II kitab), maddə 2517) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqların ailə tipli kiçik qrup evlərinə qəbulu və oranı tərk etməsi, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış mühiti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Bu Qərarda dəyişiklik Azərbaycan Res­publikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hü­quqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə