Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək

Pandemiya başlandığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilir. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqus­tun 3-də Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev de­yib: “2020-ci il 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 min 939 muzdlu işçisi olan 30 minə yaxın vergiödəyicisi müraciət etmişdir. Müvafiq araşdırmalar və təhlillər aparılmışdır. Nəticədə 24 min 825 vergiödəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilmiş­dir”.

5 Avqust 2020 04:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə