Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşdə məcburi köçkün düşmüş azərbaycanlı əhalinin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən müxtəlif layihələrin önəmi qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini xüsusilə vurğulayaraq, məcburi köçkünlər adından dövlətimizin baş­çısına bir daha təşəkkür ediblər.

Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə Azərbaycan Prezidentinin tapşı­rıq və tövsiyələrinə uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsus­da icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin, məhz, ərazi bütövlüyümüzün çox qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması olduğu xüsusilə qeyd edilib.

5 Avqust 2020 04:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə