Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rayonlara yalnız ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər buraxılacaq

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, xüsusi karantin rejimi avqustun 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

AZƏRTAC-ın xəbərinə görə, bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib: “Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarət əvvəlki dövrdə olduğu kimi, xüsusi polis post­larında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

5 Avqust 2020 03:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə