Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan XİN: UFC-nin prezidentinə etiraz məktubu göndərilib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dünən UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırmasına münasibət bildirib.

XİN-dən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullaye­va bununla bağlı deyib: “UFC yarışında erməni əsilli döyüşçü­nün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanun­suz rejimin qondarma “bay­rağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib.

Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildi­rilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çat­dırılıb. UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraq­larının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”.

5 Avqust 2020 03:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə