Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə İran arasında əlaqələr genişləndirilir

Avqustun 4-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri Fərhad Dejpəsənd arasında telefon danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşımalar sahələrində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib, əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər iki ölkə arasın­da uğurla həyata keçirilmiş “Xəzər” avtomobilləri is­tehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək za­vodun tikintisinin başa çatdı­rılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi­ni vurğulayıblar.

Söhbət zamanı strateji əhəmiyyətə malik “Şimal- Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.

Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran, Azərbaycan və Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.

Pandemiya dövründə iki ölkənin iqtisadi əlaqələrinin mövcud protokollara riayət etməklə davam etdirilməsinin və Azərbaycan ilə İran ara­sında ticarət və tranzit üçün sərhədlərin açıq saxlanılma­sının əhəmiyyəti vurğulanıb. Eləcə də son aylarda iki ölkə arasında daşımalar və tranzit mübadiləsinin artmasından məmnunluq ifadə olunub.

Həmçinin Azərbaycan ilə İran arasında iqtisadiy­yat, sənaye, daşınmalar, müştərək məhsul isteh­salı və digər sahələrdəki əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq yaxın vaxtlarda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Komissiyanın videokonfrans formatında iclasının təşkilinə dair razılıq əldə olunub.

AZƏRTAC

5 Avqust 2020 03:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə