Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqustun 5-dən etibarən imtahanlar müvafiq qrafik əsasında təşkil olunacaq

Avqustun 5-dən etibarən bəzi şəhər və rayon­larda sərtləşdirilmiş karantin rejimində edilən yumşaldılmalardan sonra Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar, müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu avqustun 3-də Nazirlər Kabineti yanında operativ qərargahda keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, imtahanlar müvafiq qrafıq əsasında təşkil olunacaq. Eyni zamanda, xüsusi karantin rejimi günlərində imtahan, müsabiqə, müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu davam edəcək.

5 Avqust 2020 03:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə