Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Qurban­qulu Berdiməhəmmədov dövlətimizin baş­çısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqı­na ən xoş bayram arzularını çatdırıb.

Dövlət başçıları Azərbaycan–Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalq­larımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan–Türkmənistan–Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommuni­kasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

5 Avqust 2020 03:43 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə