Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 31-də Əfqanıstan İslam Res­publikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevə telefonla zəng edib. Məhəmməd Əşrəf Qani müqəddəs Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, əmin-amanlıq arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Əfqanıstan Prezidentinə və dost Əfqanıstan xalqına bayram münasibətilə təbriklərini, sülh, əmin-amanlıq arzularını çatdırıb.

Əfqanıstan Prezidenti Ermənistan–Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquş­malarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib və vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. Məhəmməd Əşrəf Qani bir daha Azərbaycanın ərazi bütövlüyü­nün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqe­yini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşma­lar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inki­şafından məmnunluq ifadə edilib, bu yaxın­larda Azərbaycan–Əfqanıstan–Türkmənistan prezidentlərinin videoformatda keçirilən sammiti çərçivəsində qəbul edilmiş qərarların həyata keçiriləcəyinə əminlik ifadə olunub.

5 Avqust 2020 03:43 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə